Ağcabədi bələdiyyəsinin sədri Qaraxan Cəfərovun Belediyye.info saytına verdiyi məlumata görə, şəhər bələdiyyəsinin büdcəsinə cari ilin altı ayı ərzində 38.029 manat maliyyə vəsaiti daxil olub. Bu vəsaitin 8.895 manatı fiziki şəxslərdən əmlak verigisi kimi, 7.072 manatı ticarət obyektlərindən icarə haqqı kimi, 1.220 manatı həyətyanı torpaq satışından, 6.748 manatı torpaqların icarəyə verilməsindən, 2.943 manatı topraqların özəlləşdirilməsindən daxil olub.
Sədrin sözlərinə görə, cari ilin altı ayı ərzində 16 nəfər sakinə maddi yardım göstərilmiş, 6 nəfərin yas mərasiminin keçirilməsinə maddi yardım edilmişdir.
Bugün bələdiyyə 3 nəfər tənha ahıl qocanı himayəyə götürərək hər ay maddi yardım göstərir. Bələdiyyənin əsas məqsədi aztəminatlı ailələri daim diqqətdə saxlamaqla onların həyat şəraitini yaxşılaşdırmaqdır. Bunun üçün bələdiyyə cari ilin sonunadək bir sıra layihələri həyata keçirmək niyyətindədir.
Qaraxan Cəfərovun sözlərinə görə, ötən altı ay ərzində şəhər bələdiyyəsi rayonda Ağcabədi Rayon icra Hakimiyyətinin həyata keçirdiyi abadlıq quruculuq işlərinə qoşularaq bir sıra kompleks işləri həyata keçirib. Bu işlərdən Heydər əliyev adına xatirə parkında cari təmir işlərini, Nəriman Nərimanov küçəsində ağacların əkilməsini misal olaraq çəkmək olar. Qeyd edək ki, bələdiyyənin əməkdaşları tərəfindən daim əkilən ağaclara qulluq göstərilir.
Belediyye.info